Xidmətlər
"Nur Naftalan" sanatoriyamız sağlamlıq və rifah üçün geniş xidmətlər təklif edir. Naftalan neft çamurunun unikal müalicəvi xüsusiyyətlərindən istifadə edən prosedurlar və reabilitasiya və sağlamlığa fərdi yanaşma . Xidmətlərimizə baxın və sağlamlığınıza qayğı dünyasına dalın.
Otaqda qalma ilə xidmətlər
NAFTALAN VANNASI
Naftalan vannaları bioloji aktiv maddə olan naftalan neftinin istifadə edildiyi unikal prosedurdur. Müalicəvi neftin tərkibində olan maddələrin təsiri altında, insan orqanizmində hormonların stimullaşdırılması baş verir, bununla da, estrogenlər, progesteron, ürək qlikozidləri kimi hormonların ifrazı başlayır. Naftalan məsamələrdən nüfuz edir, daha sonra isə orqanizmdən, bütün şlakları götürərək, çıxır. Dünyada bu maddənin analoqu yoxdur. Müalicə ümumilikdə 18-20 gün davam edir. Bu müddət ərzində, pasiyentlər, mütəxəssis həkimlərin nəzarəti altında, 8-dən 14-dək vanna seansı qəbul edir, bu zaman mütləq fasilələr edilir. Kurortda arzuolunan qalma müddəti ən azı 14 gün təşkil etməlidir. Yalnız bu halda müalicədən effekt almaq olar.
PARAFİN MÜALİCƏSİ
Parafin terapiyası əridilmiş parafinin köməyi ilə istilik və applikasiyalar şəklində vurulma vasitəsilə müalicə üsuludur ki, nəticədə toxumalar dərindən isinir.
FİZİOTERAPİYA - AMPLİPULS
Amplipulsoterapiya kontakt olaraq pasiyentin bədənində dəri örtüklərinin müəyyən nahiyələrinə qoyulmuş elektrodlar və nəm hidrofil araqatları vasitəsilə müvafiq parametrli dəyişən elektrik cərəyanla lokal təsir metodudur.
FİZİOTERAPİYA-MAGNİT TERAPİYASI
Maqnit terapiyası orqanizmin problemli zonasına dəyişən və ya sabit təsirli aşağı tezlikli maqnit sahələrinin təsirinə əsaslanan məşhur fizioterapiya qəbuludur. Müalicəvi və profilaktik məqsədlərlə, baza, tamamlayıcı metod kimi və ya dərman terapiyasının alternativi qismində istifadə olunur.
FİZİOTERAPİYA - DARSONVAL
Darsonvallaşdırma orqanizmin səthi toxumalarına və selikli qişalarına yüksək tezlikli v zəif dəyişən impulsiv cərəyanlarla təsirin göstərilməsidir. Qan damarlarını genişləndirir, yerli qan dövranını aktivləşdirir, venoz stazı azaldır, damarların keçiriciliyini artırır, dərini oksigenlə zənginləşdirir və onu mikroelementlərlə təmin edir. Toxumaların qidalanmasını yaxşılaşdırır, maddələr mübadiləsini stimullaşdırır. Yerli qaşınma, iltihab əleyhinə, analgetik, trofik və bakterisid effekt göstərir.
FİZİOTERAPİYA - FONOFOREZ
Fonoforez dərman vasitələrinin istifadə edilməsi ilə, bununla da, effektin gücləndirilməsi ilə (həm dərman vasitəsinin aktiv təsiredici maddələri, həm də ultrasəs dalğalar təsir göstərir), yüksək tezlikli ultrasəs dalğalarının təsirini özündə birləşdirən fizioterapiyadır.
ELEKTROFOREZ
Elektroforez aşağı gərginlikli və zəif elektrik impulslarından istifadə edərək dərmanların bədən toxumasının dərin təbəqələrinə yeridilməsi üsuludur. Elektroforez cərəyan və dərman müalicəsinin müalicəvi xüsusiyyətlərini birləşdirir, elektroforez müəyyən göstərişlər üçün dərman istifadə etmədən də həyata keçirilə bilər.
KVARS TERAPİYASI
Kvars insanın qısa ultrabənövşəyi şüalarla şüalanması metodudur.O, bir çox xəstəxanalarda və sanatoriyalarda uğurla istifadə olunur. Orta dozalarda orqanizmə bu cür təsirin göstərilməsi bir çox xəstəliklərə qalib gəlməyə kömək edə bilər, habelə, bərpaedici prosesləri və immun sisteminin fəaliyyətini stimullaşdırır.
SOLYUKS
Sollyuks infraqırmızı şüalanmanın təsirinə əsaslanan müalicə üsuludur. Müalicə nəticəsində dərinin temperaturu artır və damarlar genişlənir. Bu, öz növbəsində, qan təchizatını artırır və iltihab proseslərinin qarşısını alır.
PARKINQ
"Nur Naftalan sanatoriyası sizin rahatlığınız və təhlükəsizliyiniz üçün rahat parkinq yerləri təqdim edir. Avtomobilinizi təhlükəsiz dayanacağımıza buraxın və istirahətinizdən əminliklə zövq alın".
Sizə təklif edirik
MEMBRAN PLAZMAFEREZİ
Membran plazmaferezi — plazmofiltrlərdə qan süzülməsi yolu ilə qan plazmasını çıxarmaqla müxtəlif patoloji məhsulların (zəhərli və ya balast elementləri) bədəndən çıxarılması. Efferent terapiya metodu kimi membran plazmaferezi klinik praktikada getdikcə daha çox istifadə olunur.
İmkanlar
- televizor
- interaktiv televiziya
- düz ekranlı televizor
- sputnik televiziya
- kondisioner
- mərtəbədə su dispenseri
- soyuducu
- fen
- beynəlxalq rozetka
- ventilyator
- duş
- sabun
- sanitar qovşaq
- xalatlar
- tualet
- hamam ləvazimatları
- eyvan
- şəhər görüntüsü
- həyətə görüntü
- dağ görüntü
- Wi-Fi
- internet
- iki təkyataqlı çarpayı
- süyürmə
- yazı masası
- oturacaqlar
- güzgü
- oturacaq
- artezian quyusundan su
- qab-qacaq dəsti
- yerləşmədən öncə onlayn qeyd olunma
- çaynik
- seyf
- rəqəmsal tv
- smart TV televizor
- lampa
- kiçik soyuducu
- çöl vanna otağı
- çimərlik dəsmalları
- tərliklər
- tualet vasitələri
- hamam dəsmalları
- ayrı-ayrı sanitar qovşaq
- gözəl görüntülü eyvan
- park görüntüsü
- cütyataqlı çarpayı
- üç təkyataqlı çarpayı
- asılqanlar
- qarderob
- gün keçirtməyən pərdə
- masa
- paltarasanlar
- divan
- məlumat xəritəsi, menyu
- stəkanlar
- onlayn-qeydiyyat
- kabel televiziyası
- divan-çarpayı
- ortopedik döşək
- «Super king size» çarpayısı
<?xml version="1.0" encoding="UTF-8"?>